- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakı şəhər halqası əməliyyat şirkəti “Formula1 dünya çempionatının 70 illiyi” və “Formula1 Azərbaycan qran-prisinin 5 illiyi” münasibətilə yerli KİV arasında multimedia müsabiqəsinə start verib. Allsport.az saytı xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd indiyədək Bakıda baş tutmuş Formula1 yarışlarının ölkəyə qazandırdığı avtoidman ənənəsi və mədəniyyətini hərtərəfli şəkildə işıqlandırmaqdır. Telereportaj, məqalə və foto olmaqla üç kateqoriya üzrə keçirilən multimedia müsabiqəsində yalnız yerli media nümayəndələri iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq multimedia işləri avtoidman, Formula1 dünya çempionatı və ya Azərbaycan qran-prisi ilə bu və ya digər şəkildə əlaqədar olmalıdır.
Müsabiqəyə müraciətlərin qəbulu 1 dekabr 2019-cu il tarixindən 15 yanvar 2020-ci il tarixinədək aparılır. Müsabiqəyə qatılmaq istəyənlər hazırladığı multimedia məhsulunun çap olunmuş və ya yayımlanmış nüsxəsini elektron formada və mümkünsə müvafiq vebsəhifəyə keçidlə birlikdə media@bakugp.az email ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər.
Qəbul olunan multimedia işləri hər bir kateqoriya üzrə əvvəlcədən müəyyənləşdirilmiş 3 münsifdən ibarət heyət tərəfindən uyğunluq, kreativlik və aktuallıqla yanaşı digər zəruri texniki göstəricilər üzrə qiymətləndiriləcək. Nəticələr 31 yanvar 2020-ci il tarixində elan olunacaq və müsabiqənin qalibləri gələn Formula 1 yarış mövsümü öncəsi baş tutacaq sınaq yürüşlərini izləmək üçün əməliyyat şirkəti hesabına Barselonaya göndəriləcəklər. İkinci və üçüncü yerlərin sahiblərinə isə dəyərli hədiyyələr təqdim olunacaq.