- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Formula 1 Azərbaycan qran-prisinin könüllüləri və əməkdaşları “könüllü qonşu” aksiyasına qoşulub. Allsport.az xəbər verir ki, Bakı şəhər halqası əməliyyat şirkətinin promouteri olduğu qran-prinin könüllüləri Azərbaycan könüllülərinin əlaqələndirmə mərkəzinin təşkilatçılığı ilə aprelin 6-dan keçirilən “könüllü qonşu” aksiyasında yaxından iştirak edərək, yardıma ehtiyacı olan qonşularına dəstək göstərirlər.
Aksiyanın keçirilməsində əsas məqsəd könüllülərin birbaşa iştirakı ilə koronavirus pandemiyası səbəbindən davam edən xüsusi rejim dövrünün tələblərinə müvafiq şəkildə, yaxın ərazidə olan ehtiyac sahiblərinə, xüsusən kimsəsiz olan əlillər və 65 yaşdan yuxarı ahıl şəxslərə gündəlik lazımi dəstəyin göstərilməsini təmin etməkdir.
BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllülərin aksiyada böyük həvəslə iştirak etdiyini bildirib: “Bizim üçün çox qürurverici haldır ki, könüllülərimiz ehtiyac duyulan bütün məqamlarda cəmiyyətin sosial rifahı naminə öz dəstəklərini hərtərəfli şəkildə böyük həvəslə göstərirlər.
Biz il ərzində müxtəlif zamanlarda bir sıra sosial məsuliyyət layihələri həyata keçiririk. Bunun təbii nəticəsi olaraq artıq bu yanaşma bütün könüllülərimizin əsas dəyərlərindən birinə çevrilib. Ümidvarıq ki, onların cəmiyyətə verdiyi bu əvəzolunmaz töhfələr xalqımız arasında mövcud birlik və bərabərliyin daha da möhkəmlənməsinə əhəmiyyətli dərəcədə xidmət göstərəcək”.