- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakı şəhər halqası əməliyyat şirkəti iyunun 5-7-də keçiriləcək Formula1 qran-prisinə yerli KİV üçün akkreditasiyaya start verib. Allsport.az xəbər verir ki, yarış üçün media nümayəndələrinin akkreditasiyasını beynəlxalq avtomobil federasiyası və formula one management şirkəti kurasiya edir. Akkreditasiya prosesi fevralın 29-dək davam edəcək.
Qeydiyyatdan keçmək istəyən jurnalistlər əməliyyat şirkətinin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və yarışın milli mətbuat katibi Nigar Arpadarai builki yarışa böyük maraq gözlədiyini bildirib:
“Artıq beş ildir ki, paytaxtımıza dünyanın ən baxımlı sürət yarışını gətiririk və eynilə dəyərli media təmsilçiləri olaraq siz də bu yarışların ən gözəl şəkildə ictimaiyyətə təqdim olunmasında əvəzsiz xidmətlər göstərirsiniz. Bu il səyimizi daha da artırmalıyıq. Çünki bu il beşinci yarışa ev sahibliyi edirik və Formula1 dünya çempionatının da 70 illiyidir. Bu əlamətdar ildə keçiriləcək yarışa biz xüsusilə hazırlaşırıq və inanıram ki, siz də öz dəstəyinizlə indidən yarışa töhfə verməyə çalışacaqsınız. Hər il olduğu kimi bu il də qeydiyyat prosesi ciddi qaydalar əsasında aparılır. Maraqlı olan və şərtləri ödəyən hər bir kəsi tezliklə qeydiyyatdan keçməyə dəvət edirəm. İnanıram ki, bu ilki yarışa hər dəfəkindən daha çox maraq göstəriləcək və beşinci yarışımız ona yaraşan səviyyədə – möhtəşəm şəkildə işıqlandırılacaq”.