Formula1 yarışının yeni rəsmi loqosu

Əbu Dabi qran-prisinin ardınca, mükafatlandırılmada formula1 yarışının yeni rəsmi loqosu təqdim olunub. Allsport.az saytının məlumatına görə, bundan öncə hazırlanmış variant 23 il işlədilib. Kommersiya hüququnun böyük hissəsi “Liberty Media”ya keçəndən sonra həmkarlarımız islahatlara başlayıblar. Qurumun yeni sahibləri bildiriblər ki, yeni mövsümün əvvəlində firma üslubu tam dəyişəcək: televiziya qrafiki də daxil olmaqla, bütün yeniliklər 2018-ci ildə təqdim olunacaq.

Formula1-in kommersiya direktoru Şon Bratçes bu barədə belə deyib: “Əvvəlki loqo 23 il ərzində dəyişməz qalıb. Lakin orda1 rəqəminin yaxşı sezilməməsi biznesin inkişafı baxımından onun rəqəmsal qərarlarda istifadəsinə uyğun gəlmirdi. Bir çoxu hətta orada bir rəqəminin olmasını başa düşmürdülər. Bu səbəbdən, yenisinin sadə görünüşü ilə birmənalı qəbul edilsinini istədik”.

Həmin kateqoriyadan