- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Formula1-in yeni rəhbəri Çeyz Keri bildirib ki, 2018-ci ilin təqviminə Fransa və Almaniya qran-prilərini əlavə etdiyi üçün şad olduğunu deyib. Allsport.az saytı f-1.az-a istinadən xəbər verir ki, gələn mövsünün rəqabətində bu 2 ölkə qayıtdığı halda, maliyyə çətinliyi yaşayan Malaziya təqvimdən çıxıb.
“2018-ci ildə Fransa və Almaniyanın təqvimə qayıtdığını açıqladığım üçün fəxr duyuram. Gələn mövsümün təqvimini belə tez yayımlamağımızın səbəbi komandaların daha yaxşı hazırlaşmasına kömək etmək üçündür. FİA ilə əla işlədik.
Məqsədimiz formula1-i gözəl əyləncəyə dönüşdürməkdir və bunun üçün əlimizdən gələni edirik. Növbəti mövsümlərdə daha çox yarış olması üçün danışıqlar aparırıq. Elə etməliyik ki, fanlar bu idmandan daha çox həzz alsınlar” – deyə, Çeyz Keri əlavə edib.