- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Almaniya Qərb Regional Liqasında mövsümün sonuncu – 38-ci turunun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratın çıxış etdiyi “Fortuna”nın 23 yaşlıları doğma meydanda “Kray” ilə qarşılaşıb. Bol qollu matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 6:3.
Ərat start heyətdə çıxdığı bu matçın 75-ci dəqiqəsində əvəzlənib. Bundan cəmi 4 dəqiqə əvvəl isə rəqib qapısına yol tapmağa nail olan millimizin üzvü hesabı 5:2 edib.
Qeyd edək ki, Düsseldorf təmsilçisinin ikinci komandası mövsümü 59 xalla 19 klub arasında 6-cı pillədə başa vurub.