“Fortuna”lı Toğrul Əratdan növbəti uğur

Almaniya Qərb Regional Liqasında 36-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratın formasını geyindiyi “Fortuna”nın 23 yaşlılarının ikinci komandası doğma meydanda “Şalke II” ilə qarşılaşıb.

Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 2:0. Erat start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub. Düsseldorf təmsilçisi hazırda 56 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan