- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0

İtaliyanın “Roma” klubunun canlı əfsanəsi Françesko Totti çempionlar liqasının qrup mərhələsinin püşkünə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, onun fikrincə, bütün rəqiblər doğma komandasına uduzacaqlar:
“Bilirik ki, “Çelsi”, “Atletiko” və “Qarabağ” hörmətə layiq komandalardandır. Biz həmişə rəqibə hörmətlə yanaşmışıq. Amma “Roma” ilə görüşdə onlara çox çətin olacaq, uduzacaqlar”.
Qeyd edək ki, bu yay futbolçu karyerasını bitirən hücumçu “canavarlar”a klub rəsmisi kimi xidmət göstərir.