- Baxış sayı: 22
- 01 Aprel 2026 12:59
- Baxış sayı: 801
- Mart 30, 2026
- 0

Fransanın “Oser” klubunun keçmiş futbolçusu Fabris Lepol maşın qəzasında vəfat edib. Allsport.az xəbər verir ki, 43 yaşlı keçmiş oyunçu mayın 22-nə keçən gecə ağır qəzada ölüb.
Lepol yetirməsi olduğu “Oser”lə 1995/1996 mövsümündə Fransa çempionu olub. Lepol 1997-ci ildə də avtomobil qəzasına düşdükdən bir neçə il sonra karyerasını bitirmişdi.
Onun oğlu Esteban Lepol “Lion”un gənclərdən ibarət komandasında çıxış edir.