- Baxış sayı: 42
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

“Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. “Qarabağ”ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə daha istəkli oynayacaqlar”.
Allsport.az saytı xəbər verir ki, bunu Avropa liqasının “G” qrupunun 2-ci turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq Fransanın “Nant” klubunun baş məşqçisi Antuan Kombuare deyib. O, rəqibin əvvəlki matçlarını izlədiyini deyib, avrokuboklarda böyük təcrübəyə malik olduğunu qeyd edib:
“Yorğunluq komanda üçün bəhanə olmayacaq. Ard-arda oyunlarımız var, istirahət edə bilmirik. Amma hər bir oyunçunun qarşısında həvəslə və tam güclə oynamaq tapşırığı qoyuram. Əlimizdən gələni etməli, bütün gücümüzü ortaya qoymalıyıq”.
Sentyabrın 15-də Tofiq Bəhramov adına respublika stadionunda görüş saat 20:45-də başlayacaq.