- Baxış sayı: 20
- 15 Aprel 2025 19:37
- Baxış sayı: 73
- Aprel 14, 2025
- 0
Sentyabrın 30-da Madridin “Atletiko” klubunun hücumçusu Antuan Qrizman Fransa millisində karyerasını başa vurduğunu açıqlayıb.
Allsport.az saytı xəbər verir ki, İtaliya ilə millətlər liqasının final fitindən sonra, o, təkbaşına “Park des Princes” stadionunun ətrafında fəxri dövrə vuraraq azarkeşlərlə vidalaşıb.
Antuan millidə 2014-cü ilin martında debüt edib. Həmin vaxtdan o, komandanın heyətində 137 oyuna çıxıb və 44 qol vurub. O, 2018-ci il dünya çempionu, 2022-ci il dünya və 2016-cı il Avropa vitse-çempionu, 2021-ci il millətlər liqasının qalibidir.