- Baxış sayı: 67
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0

Bu gün Formula-1 Fransa qran-prisi başa çatıb. Allsport.az saytı xəbər verir ki, dünya çempionatının 12-ci mərhələsində Pol Rikar avtodromunda “Red Bul“dan Maks Ferstappen hamını qabaqlayıb.
O, qələbəyə 1 saat 30:02.112 saniyə sərf edib. “Mersedes“ komandasından Lüis Həmilton finişə 2-ci çatıb. Onun komanda yoldaşı Corc Rassel ilk üçlüyü qapayıb.
Növbəti ötüşmə 1 həftə sonra Macarıstanın Hunqarorinq avtodromunda olacaq. Pilotlar 4381 metrlik trasda 73 dövrə vuracaqlar.