Frants Tost: “Bir xal Mühəndislər kuboku üçün çox vacib idi”

“Toro Rosso”nun rəhbəri Frants Tost Rusiyada keçirilən mükafat yarışında çox çətinlik çəksələr də, xal aldıqları üçün xoşbəxt olduğunu bildirib. Allsport.az saytı f-1.az-a istinadən xəbər verir ki, Sayns 14-cü başladığı yarışda düzgün strategiya seçərək, 10-cu yeri tutmuş və komandasının aktivinə daha bir xal yazmışdı.

“Soçidə rəqabətədavamlı olacağımızı gözləmirdik. Uzun düzlüklərə görə rəqiblərimizdən geri qalırdıq. Sıralanma turunda da zəif çıxış etdiyimiz üçün yarışın çox çətin keçəcəyini bilirdik, amma yarış tempimiz və strategiyamız güclü idi və xal almağı bacardıq.

Bir xal Mühəndislər kuboku üçün çox vacib idi. İndi isə yeniliklərlə birlikdə Barselonada daha yaxşı nəticə almağa çalışacağıq. Orta qrupda gərgin mübarizə var və yeniliklərdə bu hal daha çox üzə çıxacaq. Daha yaxşı iş görən komanda üstünlük qazanacaq və biz həmin komanda olmaq istəyirik” – deyə, Frants Tost əlave edib.

Həmin kateqoriyadan