“Füri bu döyüşdə 100% favoritdir”

Amerika əsilli rusiyalı boksçu Kevin Conson müxbir Nikolay Alekseyevlə söhbətində Aleksander Usik və Tayson Füri arasında keçiriləcək döyüşlə bağlı gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, bu barədə o, sport.ru-ya açıqlama verib:

“Mənim üçün Füri bu döyüşdə 100% favoritdir. Şübhəsiz. Əgər o, özünəməxsus üslubda boksla məşğul olsa və Kliçko ilə olduğu kimi məsafəni saxlasa, o zaman Tayson üçün ümumiyyətlə, problem olmayacaq. Ola bilsin ki, o, Usikdən daha yavaş ayaqlayır. Amma sürətdə İsgəndərə uduzmayacaq. O, sadəcə qol uzunluğu üstünlüyü ilə bunu kompensasiya edir”.

Həmin kateqoriyadan