Füri Usiklə döyüşün əsas motivasiyasını açıqlayıb

Məğlub olmayan britaniyalı boksçu Tayson Füri ukraynalı Aleksandr Usiklə 2 titul döyüşü keçirməsinin əsas motivasiyasından danışıb.

Allsport.az xəbər verir ki, Füri və Usik mayın 18-i şənbə günü ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüşəcək. Boksçuların oktyabrda revanş görüşü nəzərdə tutulub.

“Bütün bunlara niyə qarışdıq? Pul. Bir iş üçün ikiqat pul qazana bilsəm, danışacaq bir şey yoxdur” – dedi Füri

Tayson Füri peşəkar rinqdə 35 döyüş keçirib və 34 qələbə qazanıb.

Həmin kateqoriyadan