- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

“Turan Tovuz” ölkə kubokunun 1/4 finalının ilk matçında səfərdə “Kəpəz”ə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov bunu deyib:
“Maraqlı oyun alındı. Hər 2 komanda qalib gəlmək istəyirdi. Birinci hissəyə yaxşı başlasaq da qol buraxdıq. Lakin qısa müddətdə toparlana bildik. Zədələrə görə planlarımızı dəyişməli olduq.
2-ci hissədə nəzarəti əlimizə aldıq, fürsətlərdən istifadə etdik. Artıq “Neftçi” ilə oyuna hazırlaşacağıq. Sonra isə cavab oyununa hazırlaşıb, turu keçməyə çalışacağıq”.