Futbol federasiyasından FİFA-ya şikayət

Nigeriya futbol federasiyası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində DR Konqoya qarşı keçirdikləri oyunun (1:1, penaltilərlə 3:4) nəticəsi ilə bağlı FİFA-ya rəsmi şikayət ünvanlayıb.

Allsport.az xəbər verir ki, Nigeriya tərəfi rəqib komandanın heyətində çıxış edən bir neçə futbolçunun milli komandada oynamaq hüququnun olmadığını iddia edir.

Məsələ ilə bağlı yayılan məlumatda deyilir:

“Nigeriya tərəfi əmindir ki, DR Konqo bu matçda vətəndaşlıq dəyişikliyi ilə bağlı problemləri olan 6-dan 9-dək futbolçudan istifadə edib. Söhbət Avropada doğulmuş və Avropa pasportlarından imtina etməmiş futbolçulardan gedir ki, bu da ikili vətəndaşlığın qadağan olunduğu DR Konqo qanunlarına ziddir. Əgər bu futbolçuların sənədləri qaydasında deyilsə, onlar milli komandada çıxış edə bilməzlər.”

FİFA-nın bu qalmaqallı məsələ ilə bağlı qərarını martda keçiriləcək qitələrarası pley-off mərhələsinə qədər açıqlayacağı gözlənilir.

Həmin kateqoriyadan