- Baxış sayı: 19
- 25 Noyabr 2024 12:41
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov və koordinatoru Azər Bağırov Qaradağ Təlim-İdman Bazasında klubun futbol üzrə məşqçi-müəllimləri ilə növbəti dəfə görüşüblər. Allsport.az xəbər verir ki, işlərini daha rahat qurmaq və səmərəli nəticələr əldə etmək məqsədilə hazırlanmış “Uşaq futbol məktəbinin inkişaf proqramı”, “Gənc futbolçuların inkişafında fiziki hazırlıq məşqlərinin yeri və rolu”, “Fitnes məşqçisinin rolu” və “Aşağı yaş qruplarında çıxış edən istedadlı yeniyetmə və gənc futbolçuların inkişafına dair məşq proqramı” vəsaitləri onların istifadəsinə verilib.
Möhtəşəm layihələrə start verən klubun “Uşaq futbol məktəbinin inkişaf proqramı” vəsaitində Uşaq Futbol Məktəbinin (UFM) məqsəd və vəzifələri, prinsipləri, proqramın fəlsəfəsi haqda məlumat verilir. Bundan əlavə, kitabda UFM-in indiki və gələcək fəaliyyət istiqaməti, strukturu, işçi heyəti və istifadəsinə verilmiş infrastruktur, yaş qrupları üzrə həftəlik, aylıq və illik təhsil-tədris-məşq proqramları haqda geniş məlumatlar yer alır.
İdeya müəllifi “Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov olan və UFM-in direktoru Məhərrəm Həsənovun təşkilatçılığı ilə ərsəyə gələn “Gənc futbolçuların inkişafında fiziki hazırlıq məşqlərinin yeri və rolu” adlı vəsait məşqçi-müəllimlə r üçün çox mühüm əhəmiyyət kəsb edir. Burada dünya çempionatları (2010-2014), dünyanın aparıcı ölkələrinin premyer liqa, superliqa və divizion komandalarının oyunlarının texnoloji təhlilləri, onların beynəlxalq müqayisəsindən geniş söhbət açılır. Eyni zamanda, kitabda ənənələrə qarşı elm, elmi əsası olmayan öyrətmə metodları, elmi əsaslara söykənməyən uğurlar, köhnə uğurlu təcrübələrin araşdırılması, fizioloji hazırlıq və zərərli amillər, fiziki hazırlıq məşqlərinin istiqamətləri və planlaşdırılması , yüksək intensivli yüklənmələr zamanı enerji mənbələri – qlükogen ehtiyatları, enerji sistemləri, məşq-oyun-istirahət zamanı yüklərin dozalaşması, oyunda şiddət, intensivlik və onların texnoloji araşdırılması, müqayisəsi, elmi əsaslara söykənən uğurlar və s. haqda əhatəli bilgilər yer almaqdadır.
UEFA-nın Şərqi Avropa ölkələri üzrə koordinatoru M.Şmidtin “Fitnes məşqçilərinin rolu” adlı tədris vəsaitindən istifadə olunmaqla hazırlanmış eyniadlı kitabçada plyometrik məşqlər, intermitasiya məşqləri, müasir top futbolda tələblər nədir, məşq və oyun, fizioloji tələblər və məşq-oyun zamanı oyunçuların reaksiyası, futbolda güc məşqi və onun məqsədləri, superkompensasiy a, planlaşma, dövrlər haqda məzmunlu fikirlər səsləndirilir. “Futbolda dözümlülük: intermitasiya məşqlərinə nəzarət” bölümündə isə yüklənmənin intensivliyi və müddəti, pauzaların müddəti haqda ətraflı danışılır.
“Aşağı yaş qruplarında çıxış edən istedadlı yeniyetmə və gənc futbolçuların inkişafına dair məşq proqramı” vəsaitində Uşaq Futbol Məktəbinin bütün yaş qruplarına oyun fəlsəfəsi, yaş qruplarına uyğun olaraq, “vahid sistem”, “zəncirvari təlim” sisteminin tətbiq edilməsi tövsiyə olunur.
Bir sözlə, futbol məşqçilərinin ixtiyarına verilmiş bu vəsaitləri onlara öz işlərini mükəmməl səviyyədə qurmaları üçün yetərli hesab etmək olar.