Futbol tarixində ilk

Bolqarıstanın “Ludoqorets” və Macarıstanın “Ferensvaroş” klubları bir avrokubok mövsümündə 5 dəfə qarşılaşaraq futbol tarixinə keçiblər.

Allsport.az xəbər verir ki, bu gün keçirilən püşkatmada komandalar yenidən rəqib olublar. Bu mövsüm artıq 3 dəfə (ÇL təsnifatında 2, AL əsas mərhələsində 1 oyun) üz-üzə gələn tərəflər fevralda daha iki matç keçirəcəklər.

Bu mövsümün statistikası:

Avqust (ÇL): “Ferensvaroş” (3:0, 0:0) mərhələ adlayıb.

Noyabr (AL): “Ferensvaroş” evdə 3:1 qalib gəlib.

Fevral (AL pley-off): Tarixi 4-cü və 5-ci qarşılaşmalar baş tutacaq.

Həmin kateqoriyadan