- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Böyük beşlik” çempionatlarında mövcud heyətini formalaşdırmaq üçün transferlərə ən çox pul xərcləyən klublar məlum olub. Allsport.az saytı xəbər verir ki, CİES-in araşdırmasına əsasən hazırkı komandanı toplamaq üçün ən çox ödənuş edən “Mançester Siti”dir. “Şəhərlilər”in futbolçu alışına yatırdığı ümumi məbləğ 1 milyard 36 milyon avrodur. Bu, ötən ilki göstərici ilə müqayisədə 22 milyon avro artım deməkdir.
“Mançester Siti”nin əzəli rəqibi “Mançester Yunayted”də heyəti formalaşdırmaq üçün xərclənən məbləğ 2019-cu ilin sentyabrına nisbətən 93 milyon avro çoxalıb. 751 milyon avrodan 844 milyon avroya yüksəlməklə “qırmızı şeytanlar” xərclərə görə PSJ (888 milyon avro: – 25 milyon avro) və Madrid “Real”ını (708 milyon avro: – 194 milyon avro) geridə qoyub. Ən böyük artım isə “Çelsi”dədir. London klubunun mövcud heyəti 761 milyon avroya formalaşdırılıb ki, bu da ötən mövsüm ilə müqayisədə 198 milyon avro çoxdur.