- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Qəbələ” evdə premyer liqanın 23-cü turdan təxirə salınmış oyunda “Qarabağ”a 0:4 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze oyun haqda danışıb:
“Qarabağ”ı Avropa liqasındakı yaxşı oyun münasibətilə təbrik edirəm. Bu gün də qalib gəldilər. Futbolu 90 dəqiqə oynamaq lazımdır. Birinci hissədə çox yaxşı oynadıq. Hər şey alınırdı. Yaxşı hücumlar da qurduq. İkinci yarıda isə “hədiyyə”lər etdik, qırmızı vərəqə, 11 metrlik cərimə zərbəsi oldu. Qırmızı vərəqələrin çox olması yaxşı deyil.
“Ümid edirik ki, ilk hissədəki oyunumuzu yaxşılaşdıra biləcək və 45 deyil, 90 dəqiqə belə çıxış edəcəyik. Bunu etsək, hər şey alınacaq. Futbolçular başa düşməlidirlər ki, “Qəbələ” böyük klubdur. Qollarda buraxdığımız sadə səhvləri etməməliyik. İstədiyimizi ilk yarıda göstərdik. Bu, müsbət məqamdır. Amma yenə çalışmalıyıq. Bu sistemi ilk 45 dəqiqədə gördük. Biz bunu 90 dəqiqə göstərməliyik”.