- Baxış sayı: 20
- 25 Noyabr 2024 14:15
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Premyer liqanın XVII turunda “Səbail” – “Qəbələ” oyunundan (3:0) sonra, “qırmızı-qaralar”ın məşqçisi Xaqani Məmmədovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 47 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Həftə ərzində çalışdıq ki, oyunçuları motivasiya edək, təmasda olaq, danışaq. Komanda oyuna ruhsuz çıxmışdı. Bu səbəbdən də oyunumuz alınmadı və məğlub olduq. Komanda ilə təmasda olub, problemlərini öyrənmək istəyirik ki, məqsədləri nədir.
Oturub futbolçularla danışırıq, onlar problemləri olmadığını deyirlər. Çalışırıq ki, oynayaq, amma alınmır. Bu matça necə hazırlaşmışdıqsa, “Sabah”la da oyuna elə hazırlaşacağıq. Çalışacağıq ki, ən yaxşısını edək. Komanda turnir cədvəlinin aşağı pillələrində olduğu üçün, oyunçuların əhval-ruhiyyəsi yaxşı deyil.
Futbolçular bir şey olan kimi, hakimə və rəqibə reaksiya verirlər. Ona görə qırmızı alırlar. Onları cəzalandırırıq. Gələcəkdə belə hal olsa, yenə cəzalandıracağıq. Çalışacağıq ki, komandanı bu durumdan çıxaraq”.