- Baxış sayı: 23
- 28 Noyabr 2024 19:10
- Baxış sayı: 85
- Noyabr 28, 2024
- 0
Sabah millimiz Avro-2020-nin ələməsində “Bakcell arena”da Slovakiya futbolçularını qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında baş məşqçimiz Nikola Yurçeviç bunu deyib: “3 gün ərzində iki oyun keçirmək çətindir. Macarıstanla oyunun nəticəsi bizi məyus etdi. Komanda üzvləri ilə söhbət etmişik, çətin oyun olacaq. Slovakiya güclü klublarda çıxış edən futbolçulardan qurulub. Bu da komandanın keyfiyyətindən xəbər verir. Buna baxmayaraq, komanda yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək.
Oyun bizim üçün əhəmiyyətlidir. Əgər futbolçular bacardıqlarını edirlərsə, onlardan narazı qala bilmərəm. Macarıstanla oyunu təhlil etmişik. Razı qaldığım və narazı olduğum məqamlar var. Oyunçulara bununla bağlı fikrimi çatdırmışam. Təbii ki, heyətdə müəyyən dəyişikliklər olacaq. Çünki Macarıstanla qarşılaşmada iştirak edən futbolçular arasında yorğun olanları var.
Son məşqdə onların fiziki durumunu da izləyəcəm və bundan sonra heyətlə bağlı qərar qəbul edəcəm. Komandama rəqib qapısı qarşısında təhlükəli olmağı tapşırsam da, oyun zamanı “axsadığımız” məqamlardan biridir. Məşqdə qapı istiqamətində çoxlu zərbələr endirsələr də, oyunda bunu etmirlər. Rəqib nə qədər güclü və keyfiyyətli futbolçulardan qurulsa da, sabahkı oyunla bağlı optimistəm”.