“Futbolçular sübut etdilər ki, gələcəkdə daha da yaxşı olacaqlar”


Allsport.az
 xəbər verir ki, “Kəpəz” premyer liqanın 12-ci turunda səfərdə “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəlib. Gəncə təmsilçisinin məşqçisi Etibar İbrahimov mətbuat konfransında açıqlama verib:

“İlk öncə xalqımızı Zəfər günü və dövlət bayrağı günü münasibəti ilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində işimizin başındayıq. Oyuna gəlincə, təzyiqin olmaması sevindirici məqam idi. Bir oyunluq komandanı məşqçilər olaraq meydana çıxartmışdıq. Ona görə yəqin ki, kimsə istefa qışqırmayacaqdı. Azər Məmmədovu əvəz etdim. Uşaqlar qələbəni Azər müəllimə görə qazandılar. Sabiq baş məşqçimiz kollektiv üçün gözəl işlər görüb. Komandanın özünə gəlməsi üçün zaman lazım idi. Düşünürəm ki, futbolçular sübut etdilər ki, gələcəkdə daha da yaxşı olacaqlar. Azər Məmmədov iradəli, istəkli komanda formalaşdırıb. Sadəcə olaraq müəyyən zədələr, səhvlər acı məğlubiyyətlərə gətirib çıxartdı. Komandamız bu gün əlindən gələni etdi ki, azarkeşləri sevindirsin. Fanatlarımıza minnətdarıq. Sona qədər bizi dəstəklədilər. Komandamıza uğurlar arzu edirəm, inşallah, “Kəpəz” layiq olduğu yerə gəlib çatar. Yeni gələn baş məşqçiyə uğurlar arzulayıram”.

Həmin kateqoriyadan