- Baxış sayı: 27
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Polşanın “Rakuv” klubu çempionlar liqasının 2-ci ələməsinin cavab görüşündə Bakı olimpiya stadionunda “Qarabağ” ilə 1:1 heç-heçə etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçi David Şvarqa bunu dedi:
“Komandamız çox sıx oynadı. Yaxşı müdafiə olunduq, rəqibin təzyiqinə dözdük. Fiziki baxımdan da üstün idik.
İlk yarıda yaxşı oynadıq. Ötən mövsüm “Qarabağ” Polşa çempionuna 5 qol vurmuşdu. Bizdə bu az oldu. Üstəlik, mərhələ adladıq.
Hərçənd asan olmadı. Bakıda hava çox rütubətli idi. Futbolçulara nəfəs almaq çətin idi. Bu səbəbdən onlar 2-ci yarıda tez-tez yerə yıxılırdılar”.
İlk oyunda “Rakuv” evdə Ağdam klubuna 3:2 qalib gəlib.