“Futbolçularımı əzmkar oyuna görə təbrik edirəm”

“FİFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan millisi Bolqarıstanla 1:1 hesablı heç-heçə edib. Allsport.az saytı oyundan sonra millimizin məşqçisi Arif Əsədovun səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

“Maraqlı qarşılaşma oldu. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Bu matça çox istəkli çıxmışdıq. Sona qədər rəqibi üstələyib, qələbə qazanmaq istəyirdik. Ani bir məqamda qol buraxdıq, və bu, komandanı bir qədər ruhdan saldı.

Lakin dəyişikliklər edib, oyunu gücləndirdik. Deyərdim ki, komanda hardasa istədiyimizin 70-80 faizini yerinə yetirdi. Ümumilikdə futbolçularımı əzmkar oyuna görə təbrik edirəm”.

Həmin kateqoriyadan