- Baxış sayı: 27
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti millətlər liqasının 5-ci turunun matçında Belçika üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Allsport.az xəbər verir ki, italyan mütəxəssis futbolçularından razı qalıb:
“Uşaqlar yaxşı oynadılar. İkinci hissədə oyun çox çətinləşdi, topa sahib olmaqda üstünlüyü əldən verdik və çoxlu qeyri-dəqiq ötürmələr etdik.
Belçika bizə təzyiq edəndə futbolçularımız şir kimi mübarizə aparırdılar. Rovellanın oyunu əla idi. Hamının çıxışını bəyəndim. Güclü komanda olduğumuzu göstərdik.”
İtaliya millisi növbəti oyununu noyabrın 17-də Milanda Fransaya qarşı keçirəcək.