- Baxış sayı: 16
- 26 Noyabr 2024 10:49
- Baxış sayı: 129
- Noyabr 25, 2024
- 0
«Bu gün qarşımızda əsas məqsəd nəticə qazanmaq idi. Futbolçularımıza tapşırmışdım: baxımlı oyun olmasın, amma istəimizə çataq». Allsport.az saytı xəbər verir ki, bunu «Xəzər Lənkəran»ın baş məşqçisi Ağadadaş Həmidov dedi. Onun sözunə görə, hər şey plan üzrə gedirdi, ancaq hakim matçı bərbad vəziyyətdə qoydu:
«Düşən fürsətdən maksimum yararlandıq. 2:0 bizi tam qane edirdi. Futbolçuların təcrübəsizlindən cinahları vaxtında bağlaya bilmirdik. İlk qolu səhvən buraxdıq. Lakin penalti epizoduna sözüm yoxdur. Mən öz təcrübəmdə beləsini görməmişdim. Bu azmış kimi, futbolçularımızdan biri qayıtdı ki, baş hakim bizi pis söyüşlə söydü».
Qeyd edək ki, bu görüşdə kobud hakim səhvləri olub. 2-ci hissədə “Rəvan”ın qolunu baş referi Ramil Diniyev qeydə almadı. Ardından sadə epizodda simulyasiyaya aldanaraq, rəqibin qapısına məlum penaltini təyin etdi və hesab 2:2 oldu.