Futbolçumuz mövsümün son matçında het-trik etdi

Latviya 1-ci liqasında mövsümün sonuncu – 30-cu turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası – “1625 Liepaya” klubu da son matçına çıxıb.

Sözügedən klub doğma meydanda “JDFS Alberts” ilə qarşılaşıb. Matç 5:0 hesabıyla futbolçumuzun komandasının xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşdə də 90 dəqiqə meydanda olub və kapitan sarğısı ilə çıxış edib. O, bu matçda het-trikə imza atıb. 18-ci dəqiqədə komandasının ikinci qolunu vuran millimizin sabiq forvardı 40-cı dəqiqədə ilkin yarının yekun nəticəsini müəyyənləşdirib – 3:0. 67-ci dəqiqədə isə futbolçumuzun komandasının dördüncü qoluna imza atıb.

Beləcə, Əsgərov yayda keçdiyi “1625 Liepaya” klubunda vurduğu qolların sayını 26-ya çatdırıb. Onun komandası isə mövsümü 61 xalla 16 klub arasında 4-cü pillədə başa vurub.

Həmin kateqoriyadan