- Baxış sayı: 0
- 29 Noyabr 2024 20:28
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin futbolçusu Anton Krivotsyuk klubun saytına müsahibə verib. Allsport.az xəbər verir ki, 21 yaşlı müdafiəçi müqavilə müddətinin artırılması və gələcək planları barədə danışıb.
– “Neftçi” ilə daha 1 illik anlaşmaya imza atdınız. Təəssüratlarınız necədir?
– Təbii ki, doğma hesab etdiyim klubda qaldığım üçün çox şadam. Həmişə çempionluq uğrunda mübarizə aparan komandanın heyətində olmaq məsuliyyətimi artırır.
-Ümumiyyətlə, “Neftçi” sizin həyatınızda nə kimi rol oynayıb?
-Çox vacib rol oynayıb. Dediyim kimi, “Neftçi” kimi komandanın formasını geyinmək böyük şərəfdir. Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram. Futbolçu üçün əsas məqsəd bu olmalıdır.
-Karantin dövrünü necə keçirirsiz? Formanızı necə qoruyub saxlamısız?
– Karantin dövrü ağır keçdi. Açığı, formamı tam istədiyim kimi saxlaya bilmədim.
-Artıq mövsüm bərpa olunub. Nə gözləyirsiz?
-Təsəvvür etmək çətindir. Məncə, məşqdən-məşqə qaydasına düşəcək.
-Futbol üçün çox darıxmısız?
-Əlbəttə! Futbol həyatımın bir parçasıdır, amma ailəm üçün daha çox darıxmışam. Axı onlar başqa ölkədə yaşayırlar.