- Baxış sayı: 35
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Bakı olimpiya stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə futbol federasiyasının baş katibi Qədir Qardaşla görüşüb. Allsport.az xəbər verir ki, Məmmədov Avro-2020 çərçivəsində Türkiyə milli komandasının Bakıda keçiriləcək oyunları ilə əlaqədar paytaxtımızda səfərdə olan TFF nümayəndələrini salamlayıb, qarşıdakı oyunlarda uğurlar arzulayıb.
Qardaş görüşə və xoş arzulara görə minnətdarlığını bildirib.
Avro-2020-nin A qrupu çərçivəsində Türkiyə millisi iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki oyun saat 20:00-da başlayacaq.