Futbolumuzun başbiləni məşqçilər komitəsinin yeni tərkibi ilə görüşüb

AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla məşqçilər komitəsinin yeni tərkibdə ilk görüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, o, komitənin yeni üzvləri Şahin Diniyev və Yaşar Vahabzadəyə fəaliyyətlərində uğurlar arzulayıb.

Bir sıra aktual mövzular ətrafında müzakirələrin aparıldığı görüşdə Azərbaycan milli komandası və aşağı yaş qruplarından ibarət yığmaların baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı məşqçilər komitəsi tərəfindən təklif və tövsiyələrin hazırlanaraq baş katibliyə təqdim edilməsi xahiş olunub. Eyni zamanda, qeyd edilib ki, baş məşqçi namizədləri ilə keçiriləcək müsahibə-görüşlərdə məşçilər komitəsi də iştirak edəcək.

Xatırladaq ki, AFFA icraiyyə komitəsinin 8 dekabr 2018-ci il tarixli iclasında Şahin Diniyev və Yaşar Vahabzadənin məşqçilər komitəsinin üzvü təyin olunması barədə qərar qəbul edilib.

Həmin kateqoriyadan