Futbolumuzun “sədri-əzəmi” U-19-la görüşüb

AFFA-nın baş katibi Elxan Məmmədov, məşqçilər komitəsinin heyəti və texniki direktor Bernhard Lippert Bakı olimpiya stadionunda U-19 millinin üzvləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, adi ilk çəkilən futbol rəsmisi, sözü gedən komitənin sədri Vaqif Sadıqov və üzvü Ağasəlim Mircavadov yığmanı Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib, qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Komandaya məlumat verilib ki, Ağasəlim Mircavadov ölkə başçısı İlham Əliyevin sərəncamı ilə prezidentinin fərdi təqaüdünə layiq görülüb. U-19-un üzvləri təcrübəli mütəxəssisi bununla əlaqədar təbrik ediblər. Həmçinin, bildirilib ki, futbolçuların ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılması məqsədilə komandanın məqşçi heyətinə pedaqoq Cahangir Səlimxanov cəlb olunub və qarşıdakı hazırlıq prosesində, təlim-məşq toplanışlarında müvafiq günlərdə komandada fəaliyyət göstərəcək.

O, ölkəmizin UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvüdür.
U-19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2019-cu ildə Rusiyada təşkil olunacaq Avropa çempionatının elit-raund mərhələsində martın 20-də Rusiya, 23-də İrlandiya, 26-da isə Rumıniya komandası ilə qarşılaşacaq.

Həmin kateqoriyadan