- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Stadionun tutumu ilə əlaqədar olaraq bir çox tərəfdarlarımız kənarda qalmışdı. Hətta bileti olan və kənarda qalanlar da var idi”. Allsport.az saytı xəbər verir ki, bu fikir Azərbaycan – Almaniya (1:4) matçından sonra müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdur. “Bileti olan bir qrup azarkeşin stadiona girişində gecikmələr olsa da, kiminsə bayırda qalması faktı qeydə alınmayıb” – bu cümlə isə assosiasiyanın sosial şəbəkədə yerləşdirdiyi məlumatdan götürülüb.
Milli komandanın son seçmə mərhələ oyununda yüzlərlə biletli azarkeşin matça baxa bilməməsi faktdı. Bunu AFFA-nın müxtəlif rəsmi şəxsləri də futbolinfo.az-a açıqlamasında etiraf etdilər. Özü də onlar həmkarlarımızın rüsvayçı faktı qabartdıqdan sonra, bunu lazım bildilər. Məhz mətbuatın təzyiqindən sonra AFFA rəsmi məlumat yaymağa məcbur oldu, amma…
… Amma iş ondadı ki, AFFA-nın məlumatında zərərçəkənlərə təzminat ödənilməsi barədə kiçik bir qeyd də yoxdu. Vəziyyət o qədər qarışıq olub ki, qurum zərərşəkənlərin siyahısını müəyyənləşdirə bilməyib. Təzminat ödənməməyi bir yana, AFFA rəsmiləri məlumatda anlaşılmazlığa görə üzr istəmək əvəzinə, fanatları borclu çıxarmağa çalışıb.
Bununla belə, gözdən pərdə asmaq üçün yazılan məlumata o qədər barmaqarası yanaşılıb ki, hətta AFFA-nınbaş katibi Elxan Məmmədov da yalançı çıxarılıb. Belə ki, UEFA İcraiyyə Komitəsinin gələcək üzvü biletli azarkeşlərin stadiona daxil ola bilmədiyini deməsinə baxmayaraq, işçiləri onun ağzından vurub.