- Baxış sayı: 21
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 143
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov premyer liqanın 5-ci turunda səfərdə “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis bir səhvin matçın taleyini həll etdiyini deyib:
“Məğlub olduğumuz üçün çox məyusuq. Oyuna nəzarət bizim əlimizdə olsa da, uduzduq. Qalib gəlmək istəyirdik, amma bir səhv oyunun taleyini həll etdi. Bu cür səhv Stankoviç kimi səviyyəli futbolçuya çox pis təsir edib. Mən ona dəstək oldum. Futbolda bəzən belə də olur. Bu bizim ikinci məğlubiyyətimizdir, amma “Sumqayıt”la matçda pis oynamışdıq. Qarşıdakı oyunlarda maksimum xal toplamağa çalışacağıq.
“Zirə” müdafiədə ağıllı oynayıb səhvə yol vermədi. Belə vəziyyətdə qol vurmaq çətin olur. Düşünmürəm ki, hücum xəttimizdə problem var, sadəcə, rəqib etibarlı müdafiə olundu. Bu gün pis oynamadıq, amma qələbə qazanmaq üçün qol vurmaq lazımdır”.