- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Yunanıstanın “Volos” klubu 2 ay öncə heyətinə qatdığı slovakiyalı Dominik Krujlyakı qovub. Allsport.az saytı xəbər verir ki, buna müdafiəçinin AEK-lə oyunda penalti ilə nəticələnən qayda pozuntusuna yol verməsi səbəb olub.
Yunanıstan superliqasının III turunda 90+3-cü dəqiqəsində 27 yaşlı oyunçu bariz şəkildə əllə oynayıb. Təyin olunan penaltini rəqib yarımmüdafiəçisi Nordin Amrabat qola çevirib və komandasına mövsümdə ilk qələbəsini qazandırıb – 3:2.
Görüşdən sonra “Volos” rəhbərliyi onunla müqaviləyə xitam verib. Klubun bununla bağlı açıqlaması isə bir qədər qəribə alınıb: “Gələcəkdə ona uğurlar arzulamırıq, amma onu mütləq xatırlayacağıq”.
Cari mövsümdə 1 xal olan “Volos” turnir cədvəlinin sondan əvvəlki, 13-cü pilləsində qərarlaşıb.