- Baxış sayı: 21
- 24 Noyabr 2024 21:11
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Premyer liqanın 30-cu turunda “Araz-Naxçıvan” səfərdə “Neftçi”yə uduzub. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Elmar Baxşıyev oyun haqda danışıb:
“Dinamik olmasa da, hər iki komanda hücum futbolu haqda düşünürdü. Bəzi elementlər var idi ki, futbolçulardan onları ala bildik. Amma komanda ilə qısa vaxtdır bir yerdə işləyirik. Gələcəkdə oyun planında daha yaxşı olacağımızı düşünürəm.
Çempionatın başa çatmasına az vaxt qalıb. İndi desəm ki, qalan vaxt ərzində hər şeyi yaxşı vəziyyətə gətirəcəyik, yox, amma pillə-pillə buna nail olacağıq. Təklif gələndə də düşünmədən qəbul etdim, çünki klubun gələcək planları maraqlı gəldi.
Müqavimətə davamlı komanda yaratmaq tapşırığı verilib. Avrokuboklara da hazır olmaq lazımdı, amma sırf orada oynamalıyıq deyə bir şey yoxdu. Bu yalnız istəklə olmur, gündəlik çalışmalarla buna nail olmalıyıq. İndiki məqamda oyun keyfiyyətini yaxşılaşdırmalıyıq”.