- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
FİA-nın avto idman üzrə ümumdünya şurası növbəti mövsüm üçün ilkin təqvimi təsdiqləyib. Allsport.az saytı xəbər verir ki, dünya çempionatın yeni sahibləri bu addımı xeyli tez atıblar, promouterlər reklam kompaniyalarına vaxtından əvvəl başlaya bilərlər.
Açıqlanan təqvimdə bu illə müqayisədə olduqca maraqlı dəyişikliklər var. Bu il olduğu kimi, 2018-ci ildə də mövsümün ilk yarışı mart ayının sonuncu bazar günü keçiriləcək. 4-cü yarış isə Soçidə yox, Bakıda baş tutacaq.
Təqvimə qayıdan Fransa yarışı Kanada qran-prisindən sonra baş tutacaq. Rusiyada isə əvvəl olduğu kimi, payızda keçiriləcək. Yazda keçirilməməsinin səbəbi ölkədə təşkil olunacaq futbol üzrə Dünya Kubokuna hazırlıqdır. Təqvimdə 21 mərhələ var: Malayziya bu il sonuncu dəfə yarışı qəbul edir, Fransa və Almaniya rəqabətə qayıdırlar.
23-25 mart | Avstraliya | Melburn, Albert Park |
6-8 aprel | Çin (*) | Şanxay |
13-15 aprel | Bəhreyn | Saxir |
27-29 aprel | Azərbaycan | Bakı, Bakı Şəhər Halqası |
11-13 may | İspaniya | Barselona, Katalunya |
24-27 may | Monako | Monte Karlo |
8-10 iyun | Kanada | Monreal, Jil Vilnöv adına tras |
22-24 iyun | Fransa | La Kastelle, Pol Rikar |
29 iyun-1 iyul | Avstriya | Şpilberq, Red Bull Rinq |
6-8 iyul | Böyük Britaniya | Silverstoun |
20-22 iyul | Almaniya | Hokkenhaym, Hokkenhaymrinq |
27-29 iyul | Macarıstan | Budapeşt, Hunqarorinq |
24-26 avqust | Belçika | Spa |
31 avqust-2 sentyabr | İtaliya | Montsa |
14-16 sentyabr | Sinqapur (*) | Sinqapur, Marina Bey |
28-30 sentyabr | Rusiya | Soçi |
5-7 oktyabr | Yaponiya | Suzuka |
19-21 oktyabr | ABŞ | Ostin |
26-28 oktyabr | Meksika | Mexiko, Rodriges qardaşları adına tras |
9-11 noyabr | Braziliya | San Paulu, İnterlaqos |
23-25 noyabr | Əbu Dabi | Əbu Dabi, Yas Marina |
* – hələ təsdiq olunmayıb