- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Gəncə” idman klubunun idarə heyətinin sədri Elvar Osmanov Yeni Azərbaycan partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, görüşdə idman klubunun fəaliyyəti, əldə olunan nailiyyətlər və gələcək planlar barədə məlumat verilib. Gnclərin idmana cəlb olunması, sağlam və vətənpərvər gəncliyin yetişməsi üçün birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Həmçinin klubun yeni bazasında təmir-bərpa işlərinin aparıldığı diqqətə çatdırılıb. Orada idmançıların məşq etməsi üçün hər cür şərait yaradılacaq. İdman qurğusu beynəlxalq standartlara tam cavab verəcək.