- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Kəpəz” Azərbaycan premyer liqasının XXII turunda “Səbail”ə 1:4 hesabı ilə məğlub olub.
Allsport.az xəbər verir ki, Gəncə təmsilçisi görüşdə baş hakim Nicat İsmayıllının idarəçiliyindən narazı qalıb. Klub bununla bağlı bəyanat paylaşıb:
“Verilən qərarlarla BARIŞmırıq!
“Səbail” ilə oyunun 44-cü dəqiqəsində qapımıza təyin olunan penalti epizodundan əvvəl künc zərbəsi zamanı rəqib futbolçu Amil Yunanovu arxadan itələsə də, baş hakim Nicat İsmayıllı qayda pozuntusu qeydə almadı. Eyni epizodun davamında Junior Martinsin zərbəsindən sonra top “Səbail”in oyunçusuna toxunaraq meydanı tərk etdi. Laysman topun rəqibdən çıxdığına işarə edərək bayrağını müvafiq istiqamətə yönləndirsə də, baş hakim yenə fərqli qərar qəbul etdi. Və son nəticədə epizodun davamı qapımıza penalti ilə nəticələndi.
48-ci dəqiqədə komandamızın yerinə yetirdiyi künc zərbəsi zamanı rəqib futbolçu Rüfət Abdullazadə cərimə meydançasında hər iki əli ilə topla oynasa da, referi VAR-a ehtiyac duymadı”.