Gəncə klubu “İnter” ilə oyunun hazırlığına başlayıb

Həftəsonu premyer liqasında qış fasiləsi başa çatacaq və komandalar mövsümün ikinci hissəsi üçün mübarizəyə start verəcəklər. Allsport.az saytı xəbər verir ki, 2017-ci ilin ilk rəsmi matçında “Kəpəz” səfərdə “İnter” ilə qarşılaşacaq. Bakıda keçirilən təlim-məşq toplanışından sonra iki gün istirahət edən “sarı-göylər” bu gündən qarşıdakı oyunun hazırlığına start veriblər.

Komanda “Dalğa arena”nın süni örtüklü meydançasında hazırlaşır. Gəncə klubunun məşqi saat 11:00-da başlayıb. Yanvarın 26-na kimi “Kəpəz” eyni vaxtda Mərdəkanda məşqə çıxacaq. Bakı təmsilçisi ilə matçdan öncəki hazırlıq görüşə ev sahibliyi edəcək “İnter arena”da keçirəcək.

Türkiyədə bir müddət öncəki qeyri-sabit hava şəraitinə görə vətəni Braziliyada ləngiyən Dario Frederiko da artıq komandaya qoşulub və məşqlərdə iştirak edir.

Həmin kateqoriyadan