- Baxış sayı: 85
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Kəpəz” çempionatın ikinci hissəsinə hazırlığı Gəncədə keçirəcək.
Allsport.az xəbər verir ki, “sarı-göylər” yanvarın 4-də şəhər stadionunda bir araya gələcəklər.
Təlim-məşq toplanışı dövründə komanda bir neçə yoxlama oyunu keçirəcək. Rəqiblərdən ikisi bəllidir. Komanda elita klublarından “Qəbələ” və “Araz-Naxçıvan” ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq yanvarın 10-u və 15-i tarixlərinə təyin olunub.