“Gəncə mənə yad məkan deyil”

“Gəncə mənə yad məkan deyil. Burada futbolçu kimi çıxış etmişəm”. Allsport.az xəbər verir ki, bunu “Kəpəz”in yeni baş məqşçisi Adil Şükürov deyib.

Gənc mütəxəssis komandanın uğurları üçün var gücü ilə çalışacaqlarını qeyd edib. Şükürov azarkeşlərin dəstəyinin önəmini vurğulayıb: “Artıq buraya “Kəpəz”in baş məqşçi kimi dönmüşəm. Komandanın uğurları üçün əlimdən gələni edəcəyəm. Azarkeşlərin dəstəyi ilə arzuolunan nəticələri qazanacağımıza inanıram”.

Gəncə klubunun yeni baş məşqçisi hədəflərdən da danışıb: “Əsas məqsəd “Kəpəz”i layiq olduğu yerə qaytarmaqdır. Komandanın çətin vəziyyətdə olduğunu bilirik. Azarkeşlər stadiona gəlib bizə dəstək versinlər. Onların dəstəyi ilə uğurlar əldə edəcəyik”.

Qeyd edək ki, “Kəpəz” Adil Şükürovla iki illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan