Azərbaycan idmanı lənətlənib: Öncə qəza, sonra Tovuzda işıq dirəyi aşdı, bu gün Gəncə stadionu yandı

Allsport.az xəbər verir ki, hadisənin nədən baş verdiyi ilə bağlı bilgi yoxdur. İdman qurğusu gənclər və idman nazirliyinin nəzdindədir. Şəhər stadonunda “Kəpəz” klubu ev oyunlarını keçirir. Amma mərkəzi tikili təmirə qapadıldığından, “sarı-göylər” son turlarda rəqibləri Tovuzda qəbul edir.

Son günlər ölkə idmanında kədərli hadisələr bir-birini əvəzləyir. Xankəndi stadionuna baxışa yollanan PFL-in rəhbərliyi Ağdamda avtomobil qəzasına uğrayıb. Ötən şənbə premyer liqanın 18-ci turunda “Turan Tovuz” – “Araz Naxçıvan” oyununda güclü külək nəticəsində işıq dirəyi aşıb.

Bu gün Sumqayıtda cüdo məşqçisi Füzuli Bağırov yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alaraq vəfat edib. Gecə isə Gəncədə məlum hadisə baş verib.

Həmin kateqoriyadan