- Baxış sayı: 2
- 27 Noyabr 2024 14:26
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
UEFA-nın feyr-pley və sosial məsuliyyət komitəsindən məktub daxil olub. Allsport.az saytı xəbər verir ki, komitənin sədri Peter Gillieronun imzaladığı məktubun əsli “Kəpəz”ə, surəti isə AFFA-ya ünvanlanıb. Məktubda premyer liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda meydan sahibi komandanın üzvü Viktor Oseqeylin nümayiş etdirdiyi feyr-pley nümunəsi təqdir olunub.
Matçın 26-cı dəqiqəsində hesab 0:0 olarkən, “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin etmiş, Viktor Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirmiş və hakim penalti qərarını ləğv etmişdi.
Onun Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən feyr-pley və sosial məsuliyyət komitəsinə məlumat verilmişdi.