- Baxış sayı: 19
- 28 Noyabr 2024 10:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncəyə səfər edib.
Allsport.az xəbər verir ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və futbol veteranı Vəli Qasımovla birgə o, aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb, uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.
Ardınca E.Məmmədov Gəncə şəhərinin futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüb, futbolun inkişafı, bölgələrdə kütləviliyinin artırlması istiqamətində fikir mübadiləsi aparılıb.
İcraçı vitse-prezidenti daha sonra şəhərdə AFFA-nın inşa edəcəyi futbol akademiyasının tikiləcəyi əraziyə, həmçinin süni örtüklü meydançanın quraşdırılması planlaşdırılan sahəyə baxış keçirib.
E.Məmmədov I VIII turunda Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Turan Tovuz” oyununu da izləyib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.