- Baxış sayı: 27
- 05 Fevral 2026 14:17
- Baxış sayı: 199
- Fevral 04, 2026
- 0

Almaniyanın gənclər liqasının cənub-qərb zonası üzrə birincilikdə 17-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisində oynamağa razılıq verən Renat Dadaşovlu “Ayntraxt”ın U-19 komandası səfərdə “Ştuttqart”la qarşılaşıb.
Futbolçumuzun komandası bu matçda yenilib (1:3). Həmvətənimiz start heyətdə başladığı bu görüşün sonunadək meydanda olub. Hazırda futbolçumuzun komandası 23 xalla 14 klub arasında 7-ci sıradadır.