- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Şüvəlan qəsəbəsində yerləşən ağırlıqqaldırma mərkəzinin yarış zalında gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında Azərbaycan çempionatının açılışı olub. Allsport.az saytı xəbər verir ki, yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın idmançı mübarizə apaırır. Çıxışdan sonra dövlət himni səslənib.
Daha sonra Azərbaycan ağırlıqqaldırmasının inkişafın xüsusi rolları olmuş şəxslərin yubileyləri məqsədilə təltifat mərasimi təşkil edilib. Sabiq ağırlıqqaldıran Akif Alıyev və əməkdar məşqçi Vahid Nəzərov 65, beynəlxalq dərəcəli hakim Namiq Nəcəfov 70, AAF-ın sabiq prezidenti Şüa Hüseynova isə 85 yaşı münasibətilə plaketlər və xüsusi, qiymətli hədiyyələr təqdim edilib.
Mərasimdə AAF-ın prezidenti Kamran Nəbizadə və Avropa ağırlıqqaldırma federasiyasının prezidenti Antonio Konflitti iştirak ediblər.