- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

Fransa kubokunda sonuncu yarımfinalçının adı məlum olub.
Allsport.az xəbər verir ki, “Lans” gərgin keçən qarşılaşmada “Lion”u turnirdən kənarlaşdıraraq mübarizəni davam etdirmək hüququ qazanıb.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) “Lans” yarımfinala vəsiqə qazanıb. Reqlamentə əsasən, yarımfinalda “Lans”ın rəqibi “Tuluza” olacaq. Digər cütlükdə isə “Strasbur” və “Nitsa” komandaları üz-üzə gələcəklər. Finalın bir addımlığında keçiriləcək hər iki görüş aprelin 22-nə təyin edilib.