- Baxış sayı: 56
- 18 Mart 2025 20:25
- Baxış sayı: 63
- Mart 24, 2025
- 0
14-15 sentyabrda Şüvəlan qəsəbəsində yerləşən ağırlıqqaldırma mərkəzinin yarış zalında gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.
Çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.